Azərbaycanda yeni dərs ili başladı

  • 10:01 - 16 Sentyabr

Bu gün Azərbaycanın bütün məktəblərində ilk dərs günüdür.

Avropa.info xəbər verir ki, ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

Yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq.


Oxunma sayı: 3488

Oxşar yazılar