İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

  • 15 Sen - 2019

Sentyabrın 16-da İğdırın bölgəsində yerləşən Tuzluca rayonunda Təkaltı dağına doğru izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək.

Yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunacaq.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq şəhid qəhrəmanımızın adı verilən zirvəyə qaldıracaqlar.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri yürüşdə iştirak edəcəklər.

Sentyabrın 17-də isə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər və ziyalıların iştirakı ilə ölkələrimiz arasındakı tarixi qardaşlığa və vətənpərvərliyə həsr olunan konfrans keçiriləcək.


Oxunma sayı: 848

Oxşar yazılar