İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir

  • 22:55 - 15 Sentyabr

Sentyabrın 15-də “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyunun keçirib.

Əndəlüs təmsilçisi səfərdə “Deportivo Alaves” klubu ilə üz-üzə gəlib. Joan Jordanın yeganə qolu ilə 3 xal qazanan “Sevilya” ümumi hesabda 10-cu xalını toplayıb və La Liqada turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Sentyabrın 19-da Bakıda “Qarabağ”la qarşılaşacaq komanda ölkəmizə La Liqanın qalibi kimi gələcək.

Digər rəqibi Kiprın APOEL klubu Draqan Mixayloviç, Lukas və Andrija Pavloviçin vurduğu qollar sayəsində öz meydanında AEL komandasını məğlub edib.

Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi “Düdelanj” isə səfərdə “Xosterd” komandasına minimal hesabla uduzub - 1:0. Beş turdan sonra hesabında 4 xal olan “Düdelanj” 11-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Sevilya”nı qəbul edəcək.


Oxunma sayı: 6964

Oxşar yazılar