Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb

  • 22:00 - 15 Sentyabr

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

Hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

 

 

apa


Oxunma sayı: 6601

Oxşar yazılar