Hindistanda səyahət gəmisinin batması nəticəsində 11 nəfər ölüb

  • 21:23 - 15 Sentyabr

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Hadisə Qodavari çayında baş verib. Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub.
 


Oxunma sayı: 4379

Oxşar yazılar