Muqabe mavzoleydə dəfn ediləcək

  • 15 Sen - 2019

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe bir ay ərzində tikiləcək mavzoleydə dəfn ediləcək. 

Bu barədə “Telegraph” nəşri məlumat yayıb. 

Qeyd edək ki, R. Muqabe sentyabrın 6-da 96 yaşında vəfat edib, sentyabrın 14-də paytaxt Hararedə  stadionda vida mərasimi keçirilib. 

Xatırladaq ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib. 

 

 

apa


Oxunma sayı: 529

Oxşar yazılar