İsmayıllıda ayı kəndə hücum etdi - Yaralanan var

  • 15 Sen - 2019

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xanagah kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyəsindən xəsarət alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Oxunma sayı: 639

Oxşar yazılar