Korbin ABŞ-ın sirlərini Rusiyaya ötürəcək – Şok iddia

  • 15 Sen - 2019

Britaniya müxalifətinin lideri Ceremi Korbin ölkəsinin ABŞ-a verdiyi kəşfiyyat məlumatlarını Rusiya hökumətinə ötürə bilər.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə “Teleqraf” nəşri ABŞ Prezidenti Donald Trampın keçmiş məsləhətçilərinin dəstəyi ilə hazırlanmış hesabata istinadən yazıb.

Qeyd olunan halın Korbinin hakimiyyətə gələcəyi halda mümkün ola biləcəyi bildirilib. Belə ki, Korbinin ABŞ və NATO müttəfiqliyindən imtina edəcəyi və aktiv şəkildə Rusiyanı dəstəkləyəcəyi də istisna edilmir.

Hesabatda həmçinin Korbinin rəhbərlik edəcəyi hökumətin NATO və bir sıra kəşfiyyat alyanslarında iştirakının azaldıla biləcəyi göstərilib.


Oxunma sayı: 837

Oxşar yazılar