Lənkəran rayonunda piyada əleyhinə təlim məqsədli mina aşkarlanıb

  • 15 Sen - 2019

Sentyabrın 14-də saat 15:58-də Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonunun Digah kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Avropa.info-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

Ərazidə bir evə və həyətyanı sahəyə gətirilmiş quma baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partlayıcı maddə olmayan piyada əleyhinə təlim məqsədli PMH-2 minası aşkarlanıb və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın tapıldığı yerin ətrafında 20 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Oxunma sayı: 694

Oxşar yazılar