Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb

  • 15 Sen - 2019

Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 584

Oxşar yazılar