“Barselona” “Valensiya”-nı 5:2 hesabı ilə məğlub edib

  • 15 Sen - 2019

Sentyabrın 14-də İspaniya La Liqasının dördüncü turun mərkəzi qarşılaşması keçirilib.

Avropa.info xəbər verir ki, son çempion “Barselona” doğma meydanda “Valensiya” klubunu qəbul edib. Görüş Kataloniya təmsilçisinin 5:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Ansu Fati, Frenki De Yonq, Gerar Pike, Luis Suaresin (2) qollarına Kevin Qameiro və Maksi Gomez cavab verib.

Beləliklə, “Barselona” cari mövsümdə ikinci qələbəsini qazanıb. Aktivində 7 xalı olan Ernesto Velverdenin yetirmələri turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Valensiya” isə 4 xalla 15-ci yerdədir.

Xatirladaq ki, “Barselona”in əzəli rəqibi sayılan Madridin “Real” klubu bu turda "Levante"ni 3:2 hesabı ilə məğlub edib.

Tura sentyabrın 15-də beş oyunla yekun vurulacaq.


Oxunma sayı: 584

Oxşar yazılar