İmişlidə yeni məktəb binalarının açılışı olub

  • 14 Sen - 2019

Sentyabrın 14-də İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən Avropa.info-ya bildiriblər ki, İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin açılış mərasimində müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov ölkəmizin bölgələrində yeni məktəb binalarının inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. O bildirib ki, ilin sonunadək daha bir neçə bölgədə yeni məktəb binaları istifadəyə veriləcək.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev müəllim və məktəblilərə uğurlar arzulayıb.

Tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 624 şagird yerlik İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbdə 560 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur.

* * *

Daha sonra Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Bildirilib ki, məktəb binası 132 şagird yerlikdir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.

Yeni açılan hər iki məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.


Oxunma sayı: 804

Oxşar yazılar