Məşhur “Harry Potter”in müəllifi skleroz xəstələrinin müalicəsinə 18,8 milyon dollar bağışlayıb

  • 20:36 - 14 Sentyabr

Bütün dünyada oxucuların sevimli əsəri olan məşhur “Harry Potter”in müəllifi Coan Roulinq dağınıq skleroz xəstələrinin müalicəsinə 18,8 milyon dollar bağışlayıb.

Yazıçı bu vəsaiti onun mərhum anasının adını daşıyan Tədqiqat və Müalicə Mərkəzinin hesabına köçürəcək. Həmin Mərkəz Şotlandiyanın Edinburq Universitetinin nəzdində fəaliyyət göstərir.

Coan Roulinqin anası Enn Roulinq də dağınıq skleroz xəstəliyindən uzun müddət müalicə olunub və çox erkən - cəmi 45 yaşında vəfat edib. Xanım yazıçı 2010-cu ildə anasının xatirəsinə ehtiram əlaməti olaraq Edinburq Universitetində açılan klinikaya ilk yardımını edib. O, bundan sonra da mütəmadi şəkildə Enn Roulinq Klinikasına maliyyə vəsaitləri köçürüb.

Coan Ketlin Roulinq (ingiliscə J. K. Rowling, Joanne Katheline Rowling) dünyanın 65-dən çox dilinə tərcümə edilən “Harry Potter” seriyasının müəllifi kimi məşhurlaşıb. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır.


Oxunma sayı: 4544

Oxşar yazılar