Azərbaycanın Xalq rəssamı vəfat etdi

  • 17:28 - 14 Sentyabr

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov vəfat edib.

Virtualaz.org bildirir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.


Oxunma sayı: 4203

Oxşar yazılar