Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb

  • 17:20 - 14 Sentyabr

Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus iki neft emalı zavodu yanıb. 

SPA rəsmi agentliyinin ölkənin Daxili İşlər Nazirliyinə istinadla yaydığı xəbərdə Dammam şəhərindəki Abqaiq və Xurais neft emalı zavodlarında yanğının səbəbinin pilotsuz dronların atdığı bombalar olduğu bildirilib.

DİN-in məlumatında qeyd olunur ki, müəssisələrin təhlükəsizlik xidmətlərinin də iştirakı ilə hər iki yanğın nəzarət altına alınıb. Əlavə olunub ki, yanğınlar nəticəsində insan tələfatı olmayıb.

Məlumatda dronların Hutsi silahlı qruplaşması tərəfindən göndərildiyi qeyd olunur. Lakin bombalı hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.


Oxunma sayı: 4819

Oxşar yazılar