Cəlilabad sakinləri ov tüfənglərini polisə təhvil verdilər

  • 15:52 - 14 Sentyabr

Cəlilabad rayon sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R.Şıxəliyev və Ş.Əbilov 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Şamaxı rayon sakinindən isə ov tüfəngi götürülüb. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.


Oxunma sayı: 3851

Oxşar yazılar