Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürüb qaçdı – Video

  • 13:06 - 14 Sentyabr

Kiyevdə azərbaycanlı ər keçmiş arvadını qətlə yetirib.

Avropa.info virtualaz.org-a istinadən bildirir ki, hadisə sentyabrın 13-də baş verib. Nəticədə azərbaycanlı kişi keçmiş arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Mərhumun nənəsi bildirib ki, cütlük bir neçə il bundan öncə tanış olub, daha sonra onunla ailə qurublar. Onlar altı ay evli olub. Bundan sonra qadın həyat yoldaşı ilə münasibəti bitirməyə qərar verib. Kişi buna qarşı çıxaraq, onu təqib etməyə başlayıb.

Qonşuların verdiyi məlumata görə isə, hadisə baş verən gün kişi evə qayıdan qadının arxasınca gəlib. Onu eyvanda tutaraq sinəsindən bıçaqla xəsarətlər yetirib.

Qeyd edilir ki, qonşular və mərhumun ailəsi səs-küyə çıxsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.


Zt5jidfr0uI

Oxunma sayı: 6381

Oxşar yazılar