"Səbrimiz daşarsa..." - Ərdoğandan "Reuters"ə vacib açıqlamalar

  • 12:53 - 14 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə verdiyi eksklüziv müsahibədə gündəmlə bağlı vacib açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Suriyanın şimalında yaradılması planlanan “təhlükəsizlik zonası” ilə bağlı “Təəssüf ki, təhlükəsizlik zona anlayışı gözləntilərimizə cavab vermir. Yayındırma siyasətinə çevrilir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq” deyib.

Ərdoğan Suriyanın İdlib vilayətində baş verən proseslərlə bağlı bu sözləri deyib:

“İdliblə bağlı həssaslığımız və prioritetlərimiz var. Mülki əhaliyə edilən hücumları ölkəmizə qarşı qaçqın axını riski və siyasi həll prosesinin iflası təhlükəsi kimi görürük. İdlibdəki nəzarət məntəqələrimizdən çıxmaq hazırda müzakirə mövzusu deyil. Rejim nəzarət məntəqələrimizə qarşı fəaliyyətə keçdiyi təqdirdə, hər hansı hücum olarsa, iş çox fərqli məcraya gedər, indiki kimi sakit dayanmarıq”.

O, Rusiya və İranla bazar ertəsi keçiriləcək sammitin məqsədinin atəşkəsi təmin etmək, miqrasiyaya son vermək və terror təşkilatlarını nəzarət altına almaq olduğunu deyib:

“3,6 milyon qaçqına sığınacaq verən Türkiyə Suriyadan gələcək milyonlarla insanı ala bilməz, bunun altından qalxa bilmərik”.

Türkiyə prezidenti oktyabrın əvvəli Türkiyədə Rusiya, Almaniya, Fransa ilə birgə dördtərəfli sammitin keçiriləcəyini, İdlib və qaçqınlar məsələlərinin müzakirə olunacağını bildirib.

“Rusiya Su-35/Su-57 hərbi təyyarələrini satmağı təklif etdi. Rusiya bu məsələdə müdafiə sənayesi sahəsində atılan hər addımda biz varıq, deyir. S-400 ilə bağlı addım atılınca bu bizi bir az rahatladacaq, sistemlə ən gec aprel ayına qədər montaj ediləcək. HHM sistemləri ilə çox  daha təhlükəsiz ölkə olacağıq. Müdafiə sənayemizdə atdığımız addımlara birgə HHM sistemlərinə də girdiyimizdə, regionda çox daha etibarlı güc, əvvəlcədən təhlükəsizlik tədbirləri almış NATO ölkəsi olacağıq” – Ərdoğan belə deyib. 

O, S-400 HHM sistemlərini alması ilə əlaqədar ABŞ-ın Türkiyəyə tətbiq edə biləcək sanksiya ehtimallarına da münasibət bildirib:

“Tramp S-400 ilə bağlı edilənləri anlayışla qarşılayarkən, sanksiya təhdidlərinin həqiqəti yansıtdığını düşünmək mümkün deyil. F-35-lə bağlı uğursuzluğa düçar olan prosesləri ABŞ səfəri zamanı Trampla müzakirə edəcəyik.

Mənə görə ABŞ kimi ölkə Türkiyəni daha çox incitmək istəməyəcək. Bu rasional davranış deyil, məsuliyyətli xarici siyasət heç deyil. “Halkbank” və sanksiyalar məsələsində Tramp ilə qarşılıqlı etibarımız var. İnanıram ki, ABŞ-dakı görüş zamanı bunun qarşılıqlı formada təsdiq edəcəyik.

Ərdoğan “Patriot”ların alışını Trampla keçirdiyi telefon söhbətində müzakirə etdiyini də deyib:

“Patriot” almaq məsələsini Tramp ilə telefonda müzakirə etdik. Ancaq ona S-400-dəki şərtləri sizdə də görməyimiz lazımdır dedim. Müqavilə paketi birgə istehsal, kredit və sair şərtləri əhatə edərsə, biz “Patriot”ları ala bilərik. Düşünürəm ki, alternativlər üzərində işləməliyik. “Patriot”lar məsələsində qarşımızda maneə yaranınca necə S-400 almağa qərar verdiksə, F-35-lərdə də maneə yaranması halında çarə görəcəyik”.


Oxunma sayı: 6590

Oxşar yazılar