Azərbaycan hərbçiləri Almaniyada təlimdə

  • 12:08 - 14 Sentyabr

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.


Oxunma sayı: 6480

Oxşar yazılar