Tramp Sisini “sevimli diktatorum” adlandırıb

  • 11:06 - 14 Sentyabr

ABŞ prezidenti Donald Tramp Misirin hərbi çevrilişlə hakimiyyətə gəlmiş prezidenti Əbdül Fəttah əs-Sisini “özünün sevimli diktatoru” adlıandırıb.

Avropa.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır. Qəzetin yazdığına görə, Tramp bu sözləri avqustda Biaririts şəhərində keçirilən G7 sammitində deyib. 

Sisi ilə görüşdən əvvəl Tramp gur səslə soruşub: “Mənim sevimli diktatorum haradadır?” Onun bu sözləri dediyi zalda amerikalı və misirli rəsmilər də olub.

Bu səhnənin şahidi olan bir neçə nəfər məlumatı təsdiqləyib. Onlar Trampın sualını eşitdiklərini, onun bu çıxışı zarafatyana şəkildə etdiklərini deyiblər.

Əbdül Fəttah əs-Sisininin bu ifadəni eşidib-eşitməməsi isə məlum deyil.


Oxunma sayı: 4192

Oxşar yazılar