Yuri Uşakov: “S-400”lərin Türkiyəyə təhvil verilməsi başa çatmaq üzrədir"

  • 13 Sen - 2019

Rusiya istehsalı olan “S-400” raket sistemlərinə aid avadanlığın Türkiyəyə təhvil verilməsi başa çatmaq üzrədir.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O, həmin sistemlərin nə vaxt döyüşə hazır vəziyyətə gətiriləcəyinin hələlik bəlli olmadığını qeyd edib.

“S-400” sistemlərinin ikinci hissəsinin tədarükünə dair danışıqların nə yerdə olduğuna dair suala da cavab verən Rusiya rəsmisi konkret bir söz deməyib.

 

report


Oxunma sayı: 562

Oxşar yazılar