Qazax rayonunda iki nəfər torpaq uçqununun altında qalıb, biri ölüb

  • 22:53 - 13 Sentyabr

Qazaxda bdbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.

Belə ki, kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb. Nəticədə onlardan biri dünyasını dəyişib. 1970-ci il təvəllüdlü Niftəli Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilir. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Faktla əlaqədar araşdırma aparılır.


Oxunma sayı: 5193

Oxşar yazılar