İspaniyada leysan yağışları insan tələfatına səbəb olub

  • 22:00 - 13 Sentyabr

İspaniyanın Əndəlüs muxtar bölgəsində leysan yağışlar nəticəsində azı 2 nəfər ölüb.

Ötən gün də Kastiliya La-Mança bölgəsində də əlverişsiz havalar üzündən iki nəfər ölüb.

Bu gün Dövlət Meteorologiya Agentliyi bir çox əyalətlərdə leysan yağışları, şimşək və güclü küləklərlə bağlı xəbərdarlıq edib. Bir sıra yaşayış məntəqələrində ən yüksək həddə olan qırmızı səviyyəli təhlükə elan olunub.

Əlverişsiz havalarla bağlı minlərlə məktəblinin dərsləri təxirə salınıb. Leysan yağışlar səbəbindən bəzi yollar bağlanıb, daşqınlar baş verib, dəmir yollarının fəaliyyətində fasilələr yaranıb

 

 

report


Oxunma sayı: 4577

Oxşar yazılar