Ukraynanın baş prokuroru İlkin Nurullayevin təyinatına görə tənqidə məruz qaldı

  • 21:24 - 13 Sentyabr

Xəbər verdiyimiz kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapki bu ölkədə yaşayan soydaşımız İlkin Nurullayevi Baş Prokurorluğun Baş İnspeksiyasının rəhbəri vəzifəsinə təyin edib.

Virtualaz.org bildirir ki, bu təyinat Ukrayna KİV-ində və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, 2018-ci ilin dekabrında hakimlərin Ən yüksək ixtisas komissiyası ixtisas qiymətləndirməsinin nəticələrinə görə, İ.Nurullayevi hakim vəzifəsinə uyğun bilməyib. Onda komissiya Ali Ədalət Şurasına onu işdən çıxarmaq tövsiyəsi ilə bağlı qərar vermişdi.

"Ukrainskaya pravda" nəşri bildirir ki, İ.Nurullayev həmin qərarla bağlı məhkəməyə müraciət etmiş və imtahanın nəticələrini təkrar gözdən keçirmək barədə tələb irəli sürmüşdü.

Amma 2019-cu ilin avqustunda o özü istefa verdi. Nurullayev bunu uğursuz imtahan verdiyinə görə onu işdən çıxarmamışdan əvvəl-15 avqust 2019-cu ildə etdi və istefa verdi.

Virtualaz.org

*   *   *14:32

Ukraynada yaşayan soydaşımız İlkin Nurullayev bu ölkə Baş Prokurorluğunun Baş İnspeksiyasının rəhbəri vəzifəsinə təyin edilib.

AzərTAc xəbər verir ki, İ.Nurullayev bundan əvvəl Xarkov Vilayət Prokurorluğunda çalışıb. Soydaşımız hüquq sahəsində bir neçə kitabın müəllifi kimi də tanınır.

Yerli KİV qeyd edir ki, bir müddət əvvəl Ukraynanın Baş prokuroru təyin edilən Ruslan Ryaboşapki prokurorluq sisteminə yeni kadrların cəlb olunmasına diqqət yetirir.

 


Oxunma sayı: 12299

Oxşar yazılar