Türkiyə, Rusiya və İran prezidentləri Ankarada görüşəcək

  • 20:45 - 13 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani sentyabrın 16-da Ankarada Suriya üzrə tənzimləmə sammitində İdlibdəki vəziyyəti müzakirə edəcəklər.

Bunu Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

Türkiyə prezidenti görüşdə müşahidə məntəqələri (İdlibdə Türkiyəyə aid) və PKK/YPG-PYD qruplaşması da daxil olmaqla Suriyadakı terrorçu təşkilatlara qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparacaqlarını bildirib.

Eyni zamanda hər üç lider arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.  


Oxunma sayı: 4841

Oxşar yazılar