PKK Diyarbəkrdə terror aktı törətdi : Şəhid olanlar və yaralılar var - HDP-li bələdiyyə sədri həbs olundu

  • 18:21 - 13 Sentyabr

Terror təşkilatı PKK  Türkiyənin Diyarbəkr vilayətinin Kulp rayonu yaxınlığında terror aktı təşkil edib.

Avropa.info xəbər verir ki, terror təşkilatı PKK Diyarbəkrin Kulp rayonu yaxınlığında yyola düzülən partlayıcı maddələrlə bir avtomobili partladıb.

Partlayış nəticəsində 7 mülki vətəndaş həyatını itirib, 10 nəfər yaralanıb. 

Polisin apardığı araşdırmalar nəticəsində, partayışdan öncə ərazidə Kulp bələdiyyəsinə aid bir avtomobilin görüldüyü üzə çıxıb. 

Hadisələ əlaqədar Kulp rayon bələdiyyəsinin HDP-li sədri və HDP-nin rayon sədri saxlanılıb. 

Terror aktı ilə bağlı Avropa Birliyi və Qətər Xarici İşlər Nazirliyi Türkiyəyə dəstək mesajı yayıblar.

Qeyd edək ki, artıq 1 həftədir Diyarbəkrdə 10-la kürd ailə övladlarının HDP tərəfindən PKK terror təşkilatına göndərildiyini bildirərək, partiya qarşısında aksiya keçirirlər. Siyasi şərhçilər PKK-nın bu terror aktı ilə kürd ailələri qorxutmağı hədəfləyə biləcəyini qeyd edirlər. 


Oxunma sayı: 7932

Oxşar yazılar