Kiyevdə GUAM çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub

  • 19:11 - 13 Sentyabr

Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Koordinatorlar Şurasının 50-ci iclası keçirilib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanı toplantıda xarici işlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili təmsil edib.

Tərəflər GUAM çərçivəsində siyasi, iqtisadi və sektor əməkdaşlığının dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Toplantıda həmçinin GUAM-ın regional təşkilat kimi gələcəkdə daha da möhkəmləndirilməsi məsələsi də nəzərdən keçirilib.

İclasda həmçinin BMT Baş Assambleyasının Nyu Yorkdakı 74-cü sessiyası çərçivəsində keçirilməsi planlaşdırılan GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısının gündəliyi də müzakirə olunub.

Azərbaycan tərəfindən toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edib

 

report


Oxunma sayı: 10572

Oxşar yazılar