Komitə sədri: "İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək"

  • 17:33 - 13 Sentyabr

"Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bununla bağlı mütəmadi iş aparılır: "Cənab Prezidentin tapşırığına əsasən, bu ilin sonuna kimi 6000-ə qədər məcburi köçkün mənzillə təmin olunacaq".


Oxunma sayı: 4049

Oxşar yazılar