Ərdoğan Putin və Trampla görüşü barədə danışdı

  • 17:26 - 13 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti bazar ertəsi Ankarada Suriya münaqişəsinin həlli ilə bağlı keçiriləcək Türkiyə-Rusiya-İran prezidentlərinin sammiti barədə bu sözləri deyib:

“İdlibdəki proseslər müzakirə edəcəyik. Koalisiya qüvvələrinin özlərinə görə gördüyü bəzi fəaliyyətlər var. Bizim bunlarla da keçirdiyimiz bəzi görüşlər var. Amerika ilə keçirdiyimiz danışıqlar var.

Danışıqlar nəticəsində əldə olunan nəticələr var. Hazırda qarşılıqlı olaraq vertolyotlarımız regionda loqistik hava əməliyyatı aparırlar. Bu yetərlimi? Deyil. Çünki burada PYD/YPG terror təşkilatına qarşı Amerikanın mövqeyinə çox əhəmiyyət veririk. İstədiyimiz mövqe hazırda varmı? Hələ yoxdur.

İndi BMT Baş Assambleyasına gedirik. BMT Baş Assambleyasında Tramp ilə görüşlərimiz olacaq. Ya dar çərçivədə, yaxud bəlkə də ikitərəfli. Görüşlərimizdə bu məsələləri müzakirə edəcəyik”.


Oxunma sayı: 4665

Oxşar yazılar