Peskov Ərdoğan-Putin görüşü barədə danışdı

  • 16:26 - 13 Sentyabr

Rusiya prezidenti Vladimir Putin Suriya münaqişəsinin nizamlanması çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Dmitri Peskov çıxış edib.

“Bilirsiz ki, bazar ertəsi Suriya münaqişəsinin nizamlanması üzrə Astana prosesinin qarant ölkələrinin görüşü nəzərdə tutulub. Görüş Ankarada olacaq, prezident ora gedəcək. Əlbəttə, ikitərəfli görüşlər də olacaq. Ərdoğan və Ruhani ilə” – Peskov jurnalistlərə belə deyib. 

Qeyd edək ki, Türkiyə, Rusiya, İran prezidentlərinin görüşü 16 sentyabrda Ankarada Çankaya sayında baş tutacaq. Görüşdə İdlib və Suriya konstitusiya komitəsinin formalaşması müzakirə olunacaq.


Oxunma sayı: 4313

Oxşar yazılar