Serj Sarkisyanın qardaşı axtarışa verildi

  • 15:02 - 13 Sentyabr

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan barəsində həbs-qətimkan tədbiri seçilib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan çıxış edib. 

Sarkisyanın qardaşı Şimal-Cənub avtomagistralının tikintisi layihəsində sui-istifadə hallarına yol verməkdə ittiham olunur. Levon Sarkisyan bu pozuntularla bağlı axtarışa verilib. Bəzi məlumatlara görə, hazırda o, Livanda yaşayır.

Levon Sarkisyan ilk dəfə 2018-ci ilin iyulunda ona qarşı açılmış başqa cinayət işi ilə bağlı axtarışa verilmişdi. İlk ittiham aktında o, qanunsuz şəkildə varlanmaqda və gəlirlərin gizlədilməsində ittiham olunmuşdu.


Oxunma sayı: 5314

Oxşar yazılar