Firudin Ələkbərlinin qatili generalın qohumudur

  • 14:47 - 13 Sentyabr

Tovuzda baş vermiş qətl hadisəsilə bağlı yeni məlumatlar yayılıb.

Avropa.info lent.az-a istinadən xəbər verir ki, Firudin Ələkbərli "Makarov” markalı tapançadan qarın nahiyəsindən 4 güllə yarası alıb. Mənbə bildirir ki, qətlə yetirilən şəxsin Tovuzda fəaliyyət göstərən bəzi iş adamları, o cümlədən Əli Şəmiyevlə münaqişəsi olub. Həmçinin qətl hadisəsi də bu münaqişələrlə bağlıdır.

Mənbə əlavə edir ki, Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovun (BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı) qudasıdır.


Oxunma sayı: 4412

Oxşar yazılar