Afrinin mərkəzində PKK/YPG terroru - Ölənlər və yaralılar var

  • 13:21 - 13 Sentyabr

Suriyanın Afrin şəhərində əhalinin sıx olduğu ərazidə bomba qoyulmuş avtomobil partladılıb.

Avropa.info xəbər verir ki, cümə namazından əvvəl törədilən terror aktında ilkin məlumata görə, aralarında uşaqların da olduğu 2 nəfər həyatını itirib, 13 mülki şəxs yaralanıb.

Hadisə yerində fəaliyyət göstərən “Ağ kaskalılar” mülki müdafiə dəstələri yaralılar xəstəxanalara çatdırıb. 

Yerli təhlükəsizlik orqanları terror aktının YPG/PKK terror təşkilatı tərəfindən həyata keçirilməsi ehtimalı üzərində dayanır.


Oxunma sayı: 4489

Oxşar yazılar