Vergilər naziri “kölgə iqtisadiyyatı” və xarici investorlar haqda: "Bəzən onların səsi gur çıxır..."

  • 11:37 - 13 Sentyabr

“Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olur: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib: "Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir. “Kölgə iqtisadoyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir".

Nazir çıxışında deyib ki, pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub: “2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir. Bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln manat artıq olub ki, bu da proqnoz tapşırığın 112% icra edilməsi deməkdir”.

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: “Bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78%-i özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi əsasən ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq əməkhaqqının həcmi 20%-dək artıb”.


Oxunma sayı: 7096

Oxşar yazılar