ABŞ Türkiyə ilə sərhədə əlavə 150 hərbçi göndərəcək

  • 11:07 - 13 Sentyabr

Rəsmi Vaşinqton Suriyanın şimal-şərqində yaradılması planlanan “təhlükəsizlik zonası”nın təsisi üçün regiona əlavə hərbi kontingent göndərməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, “New York Times” qəzeti regiona göndəriləcək amerikan hərbçilərinin türk əsgərləri ilə birgə patrul vəzifəsi icra edəcəyini yazıb.

CNN telekanalı isə Suriyaya göndəriləcək əlavə hərbi kontingentin bu regiondakı ABŞ bazalarında yerləşdiriləcəyini bildirib. CNN-ə müsahibə verən ABŞ rəsmisi yekun qərarın hələ verilmədiyini açıqlayıb.

Qeyd edək ki, Suriyanın şimalında ABŞ-ın 1000-ə yaxın hərbçisi var. Bu hərbçilər Türkiyə dövlətinin terror təşkilatı kimi tanıdığı YPG/SDQ ilə birgə fəaliyyət aparırlar.


Oxunma sayı: 5072

Oxşar yazılar