Putin UFC çempionu Həbiblə görüşdü

  • 23:26 - 12 Sentyabr

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Virtualaz.org rus KİV-nə istinadən bildirir ki, görüş Mahaçqala şəhərində baş tutub.

Bildirilir ki, görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov da iştirak edib.

Putin qələbə münasibətilə Həbibə və Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb: “Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”

Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidə Həbib amerikalı rəqibi Dastin Poryeyə qalib gələrək, növbəti dəfə çempion titulunu qazanıb.


Oxunma sayı: 5611

Oxşar yazılar