İspaniyanın Valensiya şəhəri 2022-ci ildə dünyanın dizayn paytaxtı olacaq

  • 12 Sen - 2019

İspaniyanın Valensiya şəhəri 2022-ci ilin dünya dizayn paytaxtı adı uğrunda müsabiqənin finalında Hindistanın Banqalor şəhərini geridə qoyaraq qalib adını qazanıb.
2022-ci ildə Valensiyada keçiriləcək çoxsaylı tədbirləri – konqres, sərgi, seminarları təxminən 10 min nəfər ziyarət edəcək.
Təşkil olunacaq bütün tədbirlər mövzular üzrə bölüşdürüləcək: dizayn və təbiət, Aralıq dənizi bölgəsi dizaynı, dizayn və gender bərabərliyi, dizaynın tarixi, sənaye dizaynı, dizayn və iqlim dəyişməsi.
2022-ci ildə Valensiyanın otellərini də gücləndirilmiş iş rejimi gözləyir.


Oxunma sayı: 375

Oxşar yazılar