"Bavariya"nın futbolçusu əməliyyat olunub

  • 19:38 - 12 Sentyabr

Almaniyanın "Bavariya" komandasının futbolçusu Leon Qoretska əməliyyat olunub.

24 yaşlı yarımmüdafəçi Almaniya yığmasının düşərgəsində zədələndiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyulub.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. "Bild" nəşri oyunçunun 2-4 həftə oynamayacağını bildirib. 

Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da çıxış edir.


Oxunma sayı: 9648

Oxşar yazılar