Putin: “Rusiya ordusuna qafqazlı oğlanlar lazımdır”

  • 12 Sen - 2019

Rusiya silahlı qüvvələrinin Suriyada öz effektivliyini sübut etmiş Qafqazdan çıxan hərbi qulluqçulara ehtiyacı var. Qafqazlı oğlanların hərbi məktəblərə qəbul olunmaması ilə bağlı hər hansı qeyri-rəsmi əmr ola bilməz.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin 1999-cu ilin avqust-sentyabr aylarında Dağıstanda döyüşmüş hərbçilərlə görüşdə deyib.

Görüş iştirakçılarından biri oğlunu tanışlıqla kadet məktəbinə düzəltmək istədiyini bildirib, amma “yaxşı dostlar” ona deyiblər ki, dağıztanlılar, çeçenlər və inquşların hərbi məktəblərə qəbul olunmaması ilə bağlı qeyri-rəsmi əmr var.

“Əlbəttə, Qafqazdan olan uşaqların qəbul olunmaması ilə bağlı heç bir əmr yoxdur, ola bilməz. Əksinə, ordumuza, silahlı qüvvələrdən Qafqazdan oğlan oğlanlar lazımdır” – Putin belə deyib.

Qafqazlıların rolundan danışarkən, Putin Suriyada xidmət edən hərbi polisi nümunə göstərib:

“Suriyaya gedəcək hərbi polisi əsasən qafqazlılardan formalaşdırmaq mənim birbaşa əmrim idi. Müdafiə Nazirliyi əmrimi yerinə yetirdi. Orada Qafqazdan xeyli adam var, vəzifələrini parlaq şəkildə yerinə yetirirlər. Səbəblərdən biri də odur ki, yerli əhali onlara etibar edir, xahiş edirlər ki, hərbi polis köməyə gəlsin, obyektlərin, hətta yaşayış məntəqələrinin mühafizəsində iştirak etsinlər”.


Oxunma sayı: 1178

Oxşar yazılar