Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır - XİN

  • 17:46 - 12 Sentyabr

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildiirb.

XİN-in mətbuat katibi Leyla Abdullayeva Avropa.info -ya bildirib ki, Azərbaycan həmin "seçkiləri" tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır". - L.Abdullayeva vurğulayıb.


Oxunma sayı: 5798

Oxşar yazılar