Netanyahu Rusiyanı “radikal şiəlik”lə qorxutdu

  • 12 Sen - 2019

İran dünya hegemonluğuna can atır, onun ideologiyası isə Rusiya üçün də təhlükədir. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl İsrail baş naziri Benyamin Netanyahu çıxış edib. RBK agentliyinə müsahibəsində o, Tehranın gec-tez öz ideologiyasını nəinki İsrail və Qərbə qarşı, həmçinin Rusiyaya qarşı yönəldəcəyini bildirib.

“Çünki onlar bizi ortaq mədəniyyətimizə qarşıdır və dünyanı idarə etmək istəyirlər” – Netanyahu belə deyib.

O, İranın dəstəklədiyi “radikal şiə islamı”nı sünniliyin radikal formaları ilə müqayisədə daha böyük şər adlandırıb. İsrail baş nazirinin sözlərinə görə, Ayətullah rejimi nüvə silahı yaratmaq və Yaxın Şərqi özünə tabe etmək fikrindədir. 

Qeyd edək ki, Netanyahu və Putin arasında danışıqlar sabah Soçidə keçiriləcək.


Oxunma sayı: 749

Oxşar yazılar