Alim Qasımov Sami Yusufun “Nəsimi” kompozisiyasından danışmaq istəmədi – Video

  • 12 Sen - 2019

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında  kompozisiya hazırlayıb. Yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib.

Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisuyada muğam hissələrini əməkdar artist Təyyar Bayramovaşıq Samirə səsləndirib.

Kompozisiyada aşıq Samirənin qəzəlin bir beytini ifa etməsi bir çoxları tərəfindən bəyənilməyib. Hətta müzakirələrdə "aşıq Samirənin əvəzinə Alim Qasımov olmalıydı” deyə fikirlər irəli sürülüb.

Xalq artisti Alim Qasımov isə mövzu barədə modern.az-a danışmaq istəməyib: "Mən buna münasibət bildirməyəcəm. Kompozisiyanı izləməmişəm, münasibət bildirmək fikrim də yoxdur”.

Xalq artisti Mənsum İbrahimov isə kompozisiyanın möhtəşəm olduğunu bildirib: "Mənim "Nəsimi” kompozisiyasına münasibətim əladır, tək kəlməylə möhtəşəm. Kompozisiya Nəsimiyə layiq hazırlanıb. Sami Yusuf dünya şöhrətli, sevilən sənətkardır və ölkəmizə gəlib Azərbaycanın kamanı, tarı, sazı ilə layihə hazırlaması yalnız möhtəşəm bir işdir. Məncə Samirə xanımın da iştirakı kompozisiyanı tamamlayır. Çünki bizim milli alətimiz olan sazı ifa edirdi. Orda tarın, kamançanın, sazın ifa edilməsi insanı qürurlandırır”.

Mənsum İbrahimov qeyd edib ki, kimlərsə nədəsə səhv tapmaq istəyirsə, mütləq tapacaq: "Hesab edirəm ki, hr şeyin yaxşı tərəfini görmək lazımdır. Hər kəs öz içində hansı səviyyədədisə, hadisələrə də o cür yanaşır. Mən düşünürəm ki, möhtəşəm layihədir. "Nəsimi” adına layiqdir”.


Oxunma sayı: 507

Oxşar yazılar