Bakıda ağır qəza: İki qadın yaralandı

  • 12 Sen - 2019

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, qəza Bakı dairəvi yolunda qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər - 23 və 27 yaşlı qadınlar təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onlara kəllə beyin travması diaqnozu qoyulub.


Oxunma sayı: 386

Oxşar yazılar