Ermənistanda aprel döyüşçüləri dindirilir - Siyahıda Sarkisyan da var

  • 12 Sen - 2019

Ermənistanın parlament komissiyası 2016-cı il aprel döyüşləri zamanı baş verən hadisələri araşdırmaq məqsədi ilə hərbçiləri dindirəcək.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Qraparak” (“Meydan”) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ilk növbədə əsas döyüşlərin baş verdiyi yerlərdə olan hərbi personal çağırılacaq. Bildirilir ki, dindiriləməyə adi əsgərlərlə yanaşı, zabitlər də dəvət olunublar.

Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavinləri artıq dindiriliblər. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq prezident Serj Sarkisyan da sorğu-sual ediləcək.

Qeyd edək ki, aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan tərəfində məğlubiyyətin səbəbini araşdırmaq üçün bu ilin may ayında parlament komissiyası yaradılıb.


Oxunma sayı: 463

Oxşar yazılar