Yüz minlərlə katalon müstəqillik tələbi ilə küçələrə çıxdı

  • 12 Sen - 2019

11 sentyabr Kataloniya Milli Gününü qeyd etmək üçün və müstəqillik tələbindən imtina etmədiklərini İspaniya hökumətinə göstərmək üçün yüz minlərlə katalon Barselona keçələrinə çıxıb.

Avropa.info xəbər verir ki, İspaniya polisinin verdiyi məlumata görə, etiraz aksiyalarında 600 min nəfər iştirak edib.

Etirazçılar katalon siyasətçilərinin azadlığa buraxılması üçün İspaniya hökumətinə çağırış ediblər. Kataloniya bayraqları dalğalandıran və İspaniya hökumətinə əleyhinə şüarlar səsləndirən etirazçılar mitinqə “Azadlıq”, “Avropa niyə susur?”, “Həbs olunmuş bütün katalon siyasətçilərinə azadlıq” şüarları yazılan plakatlarla çıxıblar.


Oxunma sayı: 441

Oxşar yazılar