Əsəd üç xalası oğlunu ev həbsinə məhkum etdi - Putinin tələbini rədd etmişdilər

  • 12 Sen - 2019

Suriya prezidentin Bəşər Əsəd ölkə iqtisadiyyatının 60%-nə nəzarət xalası oğlu Rami Mahluf və qardaşları İyad ilə İlhabı ev həbsinə məhkum edib.

Avropa.info xəbər verir ki, ərəb mətbuatının yazdığına görə, insidentlə bağlı 29 biznesmen saxlanılıb. Ev həbsinin səbəbi kimi Mahlufun çəkdiyi hərbi xərclər üçün Rusiyanın Əsəddən istədiyi 3 milyard dolları ödəmək istəməməsi göstərilir. 

Hadisədən sonra Bəşər Əsəd Rusiyada yaşayan dayısını və Raminin atası Məhəmməd Mahlufu ölkəyə çağırdı.

Əsəd Suriyaya qayıdan Məhəmməd Mahluf, oğulları Rami, İyad və İhabla görüşərək 3 milyardı ödəmələrini istəmişdi. Ancaq Rami və qardaşları rəqəmin yüksək olduğunu əsas gətirərək, bu tələbi rədd etmişdilər.

Suriyanın bir nömrəli biznesmeni Rami Mahluf rejimin nəzarət etdiyi ərazilərdə geniş səlahiyyətlərə malikdir və Suriyada onlarla ticarət şirkətinin olduğu məlumdur. 

Rami Mahluf Suriyada on milyonlarla müştərisi olan MTN-lə yanaşı milyonlarla abunəsi olan telekommunikasiya şirkətinin hissələrinə nəzarət edir.

“Mahluf” adlı qrup sabiq media koordinatoru Firas Mansur əvvəllər Hökumət Ticarət Bankında maliyyə maxinasiyaları ilə məşğul olan Rami Mahlufun Avropa banklarına 43 milyard dollardan çox pul transfer etdiyini açıqlamışdı.


Oxunma sayı: 617

Oxşar yazılar