Azərbaycan polisindən aztəminatlı ailələrə jest - Foto

  • 12 Sen - 2019

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər. Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.


Oxunma sayı: 441

Oxşar yazılar