“Bloomberg”: İsrail ən sadiq müttəfiqini itirdi - Boltonun qovulmasının səbəbi məlum oldu

  • 12 Sen - 2019

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları zəiflətmək istəyib, lakin onun təhlükəsizlik üzrə müşaviri Con Bolton bu fikrə qarşı çıxıb. Boltonun mövqeyi onun istefasının səbəbi olub.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg”ə ABŞ hökumətindəki mənbə məlumat verib. İrana qarşı sanksiyaların yumşaldılması 9 sentyabrda Ağ Evin Oval kabinetində müzakirə olunub. Bu ABŞ prezidenti Donald Trampın İran prezidenti Həsən Ruhani ilə görüşü üçün əsas olmalı imiş.

Tramp Nyu-Yorkda baş tutmalı olan BMT-nin Baş Assambleyası kuluarlarında Ruhani ilə görüş keçirməyə hazır olduğunu bəyan etmişdi. ABŞ maliyyə naziri Stiven Mnuçin İran və ABŞ arasında danışıqların bərpa olunmasına şərait yaradacaq bu fikri dəstəkləmişdi. Lakin Bolton qəti şəkildə qarşı olub.

Məhz bundan sonra Tramp İran və Venesuela məsələlərində fikir ayrılığı olan Boltonu istefaya göndərməyə qərar verib.

Mənbə Ağ Evin BMT çərçivəsində İran prezidenti görüşə hazırlandığını bildirib. İran tərəfinin prezidentlərin görüşünə razı olub-olmayacağı məlum deyil. 

Mənbə başda baş nazir Benyamin Netanyahu olmaqla İsrail hökumətinin Boltonun simasında Ağ Evdə ən sadiq müttəfiqini itirdiyini qeyd edir.

Xatırladaq ki, ABŞ prezidenti Boltonun vəzifədən qovulması xəbərini 10 sentyabrda elan etmişdi. 

Qeyd edək ki, Bolton bu vəzifəyə 2018-ci ilin 9 aprelində təyin olunmuşdu.


Oxunma sayı: 804

Oxşar yazılar