Əflatun Amaşov: Media dövlət siyasətini dəstəkləyir

  • 12 Sen - 2019

Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib.

Trend-in xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: "Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir".


Oxunma sayı: 364

Oxşar yazılar