Bakıda avtomobil qaz xəttini zədələdi

  • 12 Sen - 2019

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Avropa.info-ya verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.


Oxunma sayı: 386

Oxşar yazılar